Peşəkar Futbol Liqası I Divizionda vurulan ən yaxşı qolun müəllifini mükafatlandırıb
Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

Peşəkar Futbol Liqası I Diviziona marağın artırılması məqsədilə bölgələrdəki oyunlara jurnalistlərin səfərini təşkil edir. Yarışlarda azarkeşlərə və jurnalistlərə I Divizionda ayın ən yaxşı qolunu seçmək imkanı yaradılır.

Jurnalistlərin növbəti belə səfəri hazırda “Ağsu” - “Bakılı” görüşünə təşkil olunub. Oyundan əvvəl noyabr ayında I Divizionda vurulan ən yaxşı qolun müəllifi Nurlan Məmmədzadə (“Bakılı”) mükafatlandırılıb. Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.

Xəbər 595 dəfə oxundu.