“Bakcell”in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterə səfər ediblər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri - Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov Mançesterə səfər ediblər.

Şirkətdən bildirilib ki, səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün Mançester Yunayted-Vatford oyununu izləmək, Old Trafford stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.

“Səfərim çox fərqli və maraqlı keçdi. Yeni bir təcrübə oldu mənim üçün. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım. Old Trafford stadionu isə həqiqətən möhtəşəmdir. Onun xəyallar teatrı olmasının canlı şahidi oldum və bu hissləri bir daha yaşamaq istərdim. Bu fürsəti mənim üçün yaratdığına görə “Bakcell” şirkətinə təşəkkürümü bildirirəm”, – deyə İsmayıl İsmayılzadə səfərlə bağlı fikirlərini belə ifadə edib.

“Mançesterə səfər zamanı yaşadığım unudulmaz hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”, – deyə qalib Nicat Qapançızadə bildirib.

“Yadda qalan və əsrarəngiz bir səyahət oldu. Çox maraqlı keçdi. Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm. Çox sağ ol, Bakcell!”, - qalib Anar Məmmədov deyib.

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan “Bakcell” şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində ölkədə futbolun inkişafı, təbliği və kütləviliyi məqsədilə icra edilən müxtəlif layihələri dəstəkləyir.

Xəbər 577 dəfə oxundu.