“Beşikdaş” bu dəfə Pireneydən əliboş döndü
Dünən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, qitənin 2-ci ən yaxşı klub turnirinin mübarizəsində Azərbaycan futbolsevərlərinin əsas diqqəti İspaniyaya yönəlib. İstanbul nəhəngi “Beşikdaş” səfərdə “Atletiko”nun qonağı olub. Maraqlıdır ki, bu Pireney komandasının heyətində çıxış edən Türkiyə millisinin üzvü Arda Turan həmyerlilərinə qarşı oynaya bilməyib. Buna baxmayaraq, gərgin oyundan ev sahibləri qalib ayrılıblar. "Ağ-qaralar" ona vurulan 3 qola cəmi bir dəqiq zərbə ilə cavab verib.
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 15-də baş tutacaq.

Avropa Liqası
1/8 final. İlk oyunlar

"Mançester Yunayted" (İngiltərə) - "Atletik"B (İspaniya) -2:3
Ueyn Runi, 22; 90 (pen) - Fernando Llorente, 44; Oscar de Markos, 72; Iker Muniain, 90

"Standard" (Belçika) - "Hannover" (Almaniya) - 2:2
Yoni Buyens, 27; Mohammed Çite, 30 - Lars Stindl, 22 (pen); Mame Biram Diouf, 56

"Valensiya" (İspaniya) - PSV (Niderland) - 4:2
Viktor Ruiz, 11; Roberto Soldado, 13; 43 (pen); Pablo Piatti, 56 - Ola Toyvonen, 83 (pen); Georginio Vijnaldum, 90

"AZ-Alkmaar" (Niderland) - "Udineze" (İtaliya) - 2:0
Maarten Martens, 63; Erik Falkenburg, 84

"Metallist" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 0:1
David Fuster Torrijos, 50

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Alexandre Luiz Reame, 51

"Tvente" (Niderland) - "Şalke-04" (Almaniya) - 1:0
Luk de Yong, 61 (pen)

"Atletiko" (İspaniya) - "Beşikdaş" (Türkiyə) - 3:1
Eduardo Salviu, 24; 27; Adrian, 37 - Simau 53

Xəbər 996 dəfə oxundu.