“Olympic Moves 2017” çərçivəsində məktəblilərin rayondaxili yarışlarının püşkatma mərasimi başa çatıb
Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Gənclər Və İdman Nazirliyi, Təhsil Nazirliyi, həçcinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves Azerbaijan 2017” layihəsi çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə rayondaxili yarışlarının püşkatma mərasimi başa çatıb.

Püşkatma rayonlar üzrə Uşaq-Gənclər İdman Məktəblərində  təsdiq edilmiş  baş hakimlərin iştirakı ilə voleybol 2x2, basketbol 3x3 və badminton idman növləri üzrə aparılıb. 

Püşkatmanın nəticəsinə uyğun olaraq keçiriləcək rayondaxili mərhələ mart ayının əvvəlindən start götürəcək və iyun ayının əvvəlinə qədər davam edəcək. Yarışlarda ümumilikdə 406 məktəb olmaqla Bakı şəhərindən 294, regionlardan isə 112 məktəb qoşulacaq. Məktəblilər 5 idman növü olan voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped idman növü üzrə mübarizə aparacaqlar. Birinciliyin növbəti mərhələsi olan rayondaxili yarışlarda şagirdlərə müvafiq idman növləri üzrə məşqçilər qaydaları izah edəcək. Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.

“Olympic Moves” ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, Olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki, “Olympic Moves” proqramı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Olimpiya oyunlarının ümümdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilir. "Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və aktiv həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.

Xəbər 1711 dəfə oxundu.