U-20 basketbol millimiz Qırğızıstanda beynəlxalq turnirdə mübarizə aparacaq
Martın 16-21-də Qırğızıstanın paytaxtı Bişkekdə Novruz bayramı münasibətilə basketbol üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda ölkəmizi 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi təmsil edəcək.

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Qırğızıstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Xəbər 1602 dəfə oxundu.