Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turu üçün hakimlərin adı açıqlanıb
Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turu üçün hakimlərin adı açıqlanıb.

Bakının “Azərreyl” və “Telekom” klubları da qrupda son matçlarını idarə edəcək ədalət təmsilçilərini tanıyıb.

Belə ki, “Telekom”un “Konegliano” (İtaliya) ilə oyunu Mario Bernaolaya (İspaniya) həvalə edilib. Bakıda təşkil olunacaq matçda ikinci hakim funksiyasını Mirko Yankoviç (Serbiya) yerinə yetirəcək.

“Dabrova Qornitsa” (Polşa) – “Azərreyl” qarşılaşmasında isə Nadejda Kozlova (Rusiya) və Toomas Murulo (Estoniya) fit çalacaqlar.

Xəbər 704 dəfə oxundu.