Şəhriyar Məmmədyarov Dmitri Yakovenko ilə heç-heçə oynadı
Şərcada (BƏƏ) FİDE-nin Qran-pri turnirinin altıncı turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya nümayəndəsi Dmitri Yakovenko ilə heç-heçə oynayıb.

Bu görüşdə qara fiqurlarla oynayan qrossmeysterimiz 13-cü gedişdə heç-heçə təklifinə razılaşıb.

Maykl Adams (İngiltərə) – Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura (ABŞ) – Aleksandr Qrşşuk (Rusiya), Levon Aronyan (Ermənistan)- Fransisko Valyexo (İspaniya), Hou İfan (Çin) – Dinq Liren (Çin), Pavel Elyanov (Ukrayna) – Yevgeni Tomaşevski (Rusiya) və Yon-Lüdviq Hammer (Norveç) – Saleh Səlim (BƏƏ) cütlükləri arasında görüşlər də sülhlə başa çatıb.

Rusiyalı qrossmeyster Yan Nepomnyaşiy çinli Li Çaoya qalib gəlib, digər Rusiya nümayəndəsi Aleksandr Ryazantsev isə macarıstanlı Rixard Rapporta uduzub.
Altı turdan sonra hərəsi dörd xal toplamış Şəhriyar Məmmədyarov və Maksim Vaşye-Laqraf liderlik edir. Maykl Adams, Aleksandr Qrşşuk, Hikaru Nakamura, Yan Nepomnyaşşi və Dmitri Yakovenko hərəyə 3,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnir fevralın 27-də başa çatacaq.

Yeddinci turun oyunları şənbə günü keçiriləcək. Bu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla oynayacaq, onun rəqibi isə Yan Nepomnyaşşi olacaq.

Xəbər 554 dəfə oxundu.