“Azərreyl” voleybol komandası birinci liqa yarışlarının bürünc medalına sahib olub
Bu gün qadın voleybol komandaları arasında birinci liqa yarışlarına yekun vurulacaq.

Azərbaycan Voleybol Federasiyasının idman salonunda təşkil olunan yarışda bürünc medal uğrunda “Qax” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” komandası 3:1 hesablı qələbə qazanaraq yarışı üçüncü pillədə başa vurub.

Qızıl medal uğrunda görüşdə isə “Gəncə” və “Xətai” komandaları qarşılaşırlar.

Qeyd edək ki, ötən ilin dekabrında start götürən yarışda 10 komanda – “Qax”, “Gəncə”, “Azəri”, “Azərreyl”, “Şəki”, “Nəqliyyatçı”, “Volley”, “Xətai”, “Sumqayıt” və “Şirvan” mübarizə aparıb.

Xəbər 710 dəfə oxundu.