Ağcabədidə uşu-sanda idman növü üzrə rayon turniri keçirilib
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr edilmiş uşu-sanda idman növü üzrə rayon turnirində 30-dan çox idmançı iştirak edib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Turnirin açılışında çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb, baş verənləri insanlığa qarşı törədilən qanlı cinayət adlandırıb.

Çıxışlarda gənclərin mübariz ruhda böyüməsi üçün belə idman yarışlarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin sonunda qaliblərə diplom və medallar təqdim edilib.

Xəbər 660 dəfə oxundu.