Avropa kuboku yarışında birinci yeri tutan cüdoçularımız Bakıda böyük coşqu ilə qarşılanıblar
İspaniyanın Fuengirola şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə qayıdıblar. Mötəbər turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan millimiz komanda hesabında birinci olub.

Yığma komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azarkeşlər böyük coşqu ilə qarşılayıblar.

Xatırladaq ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıblar.

Xəbər 728 dəfə oxundu.