UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb
Fevralın 24-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.

Türkiyənin avrokuboklarda mübarizə aparan yeganə təmsilçisi “Beşiktaş” Yunanıstan çempionu “Olimpiakos” ilə üz-üzə gələcək.

Püşkün nəticələrinə əsasən digər cütlüklər aşağıdakılardır:

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)

APOEL (Kipr) - “Anderlext” (Belçika)

“Şalke” (Almaniya) - “Borussiya Münxenqladbax” (Almaniya)

“Olimpik Lion” (Fransa) - “Roma” (İtaliya)

“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

“Gent” (Belçika) - “Genk” (Belçika)

“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)

Səkkizdəbir final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları isə 16-da keçiriləcək.

Xəbər 648 dəfə oxundu.