Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir
Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 169 pəhləvan mübarizə aparır.

Turnirdə klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Bütün çəki dərəcələrində mükafatçılar sırasında düşə bilən idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcəklər.

Xəbər 641 dəfə oxundu.