Ueyn Runi Çindən gələn təklifləri rədd edib
“Mançester Yunayted”in futbolçusu Ueyn Runi Çin klublarından aldığı cəlbedici təklifləri rədd edib.

İngiltərə millisinin üzvü ona ilinə 32 milyon funt sterlinq təklif edən kluba keçməkdən imtina edib. Daha əvvəl isə Runinin Çinə gedəcəyi haqda xəbərlər yayılmışdı.

Otuz bir yaşlı hücumçu Çinin “Quançjou Everqrand” və “Beyçzin Qoan” klubları ilə danışıq aparıb. Çində transfer pəncərəsi fevralın 28-də açılacaq.

Runinin “Mançester Yunayted”lə 2018-ci ilin yayınadək müqaviləsi var.

Xəbər 655 dəfə oxundu.