“Kəpəz” məşqləri bərpa etdi
Topaz Premyer Liqasının XX turunda Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına başlayıb. Komanda Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq edir. “Sarı-göylər” fevralın 26-na kimi eyni məkanda çalışacaq.

Xəbər 537 dəfə oxundu.