İspaniyadan medallarla qayıdan cüdoçularımız böyük coşqu ilə qarşılanıblar
İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokunda uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.

Mötəbər turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan və komanda hesabında birinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıblar.

Xəbər 639 dəfə oxundu.