Güləş üzrə ölkə birinciliyinin ilk günündə 205 pəhləvan mübarizə aparır
Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.

Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər.

İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparır.

Yarışların təntənəli açılış mərasimi saat 17:00-da baş tutacaq, ardınca isə günün final görüşləri keçiriləcək.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.

Xəbər 598 dəfə oxundu.