Sabah AFFA yeni başçısını seçəcək
Sabah AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında baş tutacaq tədbir saat 10:00-da başlayacaq. Konfransda AFFA-ya prezident seçkisi keçiriləcək ki, yeganə namizəd assosiasiyanın hazırkı rəhbəri Rövnəq Abdullayevdir.

Çox güman o, növbəti 5 il üçün yenidən quruma prezident seçiləcək. Bundan başqa, İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. Elə İK tərkibində də hansısa dəyişiklərin olacağı gözlənilmir.

Xəbər 842 dəfə oxundu.