“Olimpiya Moves” proqramı çərçivəsində iştirakçı məktəblərə sosial media üzrə seminar təşkil olundu
Bakı – 22 fevral 2017-ci il. Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Olympic Moves” (“Olimpiya Hərəkatı”) proqramı çərçivəsində Bakı şəhərinin Yasamal rayonundan olan 19 məktəb üçün sosial media üzrə seminar təşkil olundu.

Milli Olimpiya Komitəsinin marketinq idarəsinin müdiri Mehman Kərimov seminarı giriş sözü ilə açaraq Olimpiya hərəkatında beynəlxalq və milli səviyyədə həyata keçirilən islahatlar haqda seminar iştirakçılarına qısa məlumat verdi. Tədbirin məqsəd və vəzifələrinə toxunan Kərimov, iştirakçı məktəblərin İnternet resursları üzrə nümayəndə və fiziki tərbiyə müəllimləri üçün təşkil edilən seminar vasitəsilə “Olympic Moves” proqramının sosial media platformasının əhatə dairəsininin genişləndirilməsindən ibarət olunduğunu söylədi.

Daha sonra MOK-un sosial media üzrə mütəxəssisləri iştirakçı müəllimlərə dünyada və Azərbaycanda sosial medianın vəziyyəti haqqında ümumi təqdimat verdi. Nəzəri hissədən sonra müəllimlərə Facebook səhifəsi, qrup və profilin yaradılması üzrə praktik məşəğələ təşkil edildi.

Seminarın sonunda iştirakçı 38 nəfər müəllim Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları ilə təltif edildi.

Olimpiya Hərəkatı proqramının icrasina dair bütün yenilikləri proqramın sosial media səhifələrindən izləyə bilərsiniz: Facebook www.facebook.com/OlympicMovesAZE İnstagram www.instagram.com/OlympicMovesAZE Twitter www.twitter.com/OlympicMovesAZE

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Xəbər 1996 dəfə oxundu.