Antuan Qrizmann “Atletiko Madrid”in tarixinə düşüb
“Atletiko”nun futbolçusu Antuan Qrizmann Madrid klubunun tarixinə düşüb.

Fransalı hücumçu “Atletiko”nun Çempionlar Liqasında ən çox qol vuran oyunçusu olub.

Çempionlar Liqasının 1/8 mərhələsində “Bayer”lə keçirilən oyunda fərqlənən 25 yaşlı forvard turnirdə 13-cü qolunu vurub. Bununla da o, Luis Araqonesi (12) qabaqlayıb.

Qeyd edək ki, Qrizmann cari mövsüm turnirdə 7 oyuna 4 qol vurub.

Xəbər 632 dəfə oxundu.