Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək | |
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. İki gün davam edəcək mərhələnin ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. İstanbulda “Fənərbağça” Rusiyanın “Krasnodar” komandasını qəbul edəcək. İlk oyun Rusiya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Almaniyada “Şalke” və PAOK (Yunanıstan) komandaları üz-üzə gələcək. Fransada isə “Sent Etyen” klubu “Mançester Yunayted”i (İngiltərə) qonaq edəcək. İlk oyunda 3:0 hesabı ilə qələbə qazanmış “Şalke” və “Mançester Yunayted” üçün cavab görüşü formal xarakter daşıyır. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. |
|
Xəbər 657 dəfə oxundu. |
|
|