UEFA Çempionlar Liqası: “Atletiko Madrid” “Bayer Leverkuzen”ə, “Mançester Siti” isə “Monako”ya qalib gəlib
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.

“Bayer Leverkuzen” (Almaniya) “Atletiko Madrid”i (İspaniya), “Mançester Siti” (İngiltərə) isə “Monako”nu (Fransa) qəbul edib.

Maraqlı keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Bayer Leverkuzen” - “Atletiko Madrid” 2:4;

“Mançester Siti” - “Monako” 5:3.

Bu komandalar arasında cavab qarşılaşmaları martın 14-də oynanılacaq.

Xatırladaq ki, ötən həftə keçirilmiş qarşılaşmalarda “Benfika” komandası “Borussiya Dordmund”u 1:0, “Pari-Sen-Jermen” isə “Barselona”nı 4:0, “Bavariya” “Arsenal”ı 5:1, “Real Madrid” isə “Napoli”ni 3:1 məğlubiyyətə uğradıb.

Səkkizdəbir final mərhələsinin fevralın 22-də keçiriləcək son iki oyununda “Portu” “Yuventus”la, “Sevilya” isə “Lester”lə qarşılaşacaq.

Xəbər 782 dəfə oxundu.