FİFA Azərbaycan - Fələstin görüşünü reytinq siyahısından çıxardı
Fevralın 29-da Dubayda keçirilmiş Azərbaycan və Fələstin yığmaları arasında keçirilmiş yoldaşlıq görüşü FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb. İdman.com.az saytının məlumatına görə, bununla bağlı FİFA-dan AFFA-ya məktub göndərilib. Məktubda qeyd olunub ki, hakim dəyişikliyi barədə FİFA-ya məlumat verilməyib.

Bununla bağlı aparılan araşdırmalar zamanı qarşılaşmanın dördüncü hakiminin adının 2012-ci il üçün təsdiqlənmiş FİFA hakimlərinin siyahısında olmadığı aşkarlanıb.
Elə bu səbəbdən də Azərbaycan – Fələstin matçı FİFA-nın reytinq cədvəlində hesaba alınmayıb.
Xatırladaq ki, həmin qarşılaşmada millimiz 0:2 hesabı ilə məğlub olmuşdu.

Xəbər 1082 dəfə oxundu.