Paytaxt məktəbliləri arasında basketbol yarışı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə məktəbli qızlar arasında paytaxt birinciliyi keçirilib.

VII–IX sinif şagirdlərinin iştirak etdikləri yarışda Nəsimi rayonunu təmsil edən Bakı Türk Anadolu Liseyinin, Yasamal rayonundakı 158 və Xətai rayonundakı 17 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Fəxri kürsüdə qərarlaşan komandaların üzvləri Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 1282 dəfə oxundu.