Gələn il Avropa güləşçiləri Gürcüstana toplanacaqlar
2013-cü ildə güləşçilər arasında Avropa çempionatı Gürcüstanda keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu barədə FİLA prezidenti newsgeorgia.ru-ya açıqlamasında deyib. Rafael Martinettinin sözünə görə, adı çəkilən Qafqaz ölkəsində güləş ənənələri var və orada qitə çempionatının keçirilməsi yerinə düşəcək:

«Gürcüstanda böyük güləş məktəbi var. Bu ölkədə həmin idman növünü çox sevirlər. Yerli federasiya hər il orada bir neçə ənənəvi beynəlxalq turnir təşkil edir. Fikrimcə, artıq Gürcüstanın bu mötəbər yarışa ev sahibliyi etməyin vaxtı çatıb. Rəsmi şəkildə bəyan edirəm ki, 2013-cü ildə Avropa çempionatı Gürcüstanda keçiriləcək».

Hazırda Batumidə çimərlik güləşi üzrə dünya çempionatını seyr edən Martinetti, mətbuat konfransında vurğulayıb ki, gürcülərin bu işi yüksək səviyyədə təşkil edəcəklərinə əmindir.


Xəbər 1043 dəfə oxundu.