Azərbaycan boksçusu Minskdə bürünc medal qazanıb
Belarusun paytaxtı Minskdə boks üzrə beynəlxalq turnir keçirilib. Yeniyetmələr arasında təşkil olunan yarışa 9 ölkənin dəri əlcək ustaları qatılıblar.

“Neftçi İdman Klubu”nun yeniyetmə boksçusu Vüqar Səmədov da turnirdə qüvvəsini sınayıb. Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz turnirin bürünc medalına sahib olub.

Xəbər 791 dəfə oxundu.