IV İslam Həmrəyliyi Oyunları barədə tələbələrə ətraflı məlumat verilib
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) IV İslam Həmrəyliyi Oyunlarının “Grassroots” proqramı çərçivəsində atlet səfirlərin iştirakı ilə “Yaxın hiss et” mövzusunda görüş keçirilib.

Tədbirdə “Grassroots” proqramı və “Baku-2017” Oyunları barədə məlumat verilib. Bildirilib ki, bu proqram çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edir, müxtəlif sosial kampaniyaları dəstəkləyir və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərirlər.

Görüşdə tələbələrə IV İslam Həmrəyliyi Oyunlarının mesajı olan “Birlik”, “Sülh”, “Hörmət” və “Mükəmməllik” ideyaları barədə də məlumat verilib.

Xəbər 639 dəfə oxundu.