Həndbol üzrə respublika çempionatında birinci dövrəyə yekun vurulub
Həndbol üzrə respublika çempionatında birinci dövrəyə yekun vurulub.

Azərbaycan Həndbol Federasiyasına verilən məlumata görə, ilk dövrənin sonuncu günündə iki matç baş tutub. Kişilər arasında oynanılan qarşılaşmalarda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Nəsimi”yə 26:23, “Məhsul” klubu isə “Təhsil”ə 32:16 hesabı ilə qalib gəlib.

İlk dövrənin nəticələrinə əsasən, qadın komandalar arasında “Azəryol” 6 xalla turnir cədvəlinə liderlik edir. “Nur” 4 xalla ikinci, “Qarabağ” 2 xalla üçüncüdür. Xal toplamayan “Gənclər Birliyi” sonuncu pillədə qərarlaşıb. Kişi həndbol komandalarından isə aktivində 6 xal olan “Məhsul” klubu turnir cədvəlinin birincisidir. “Təhsil” 4 xalla ikinci, 2 xala malik RİOEUGİM üçüncü pillədədir. Sonuncu yerdə qərarlaşan “Nəsimi” komandasının isə aktivində xal yoxdur.

Həndbol üzrə ölkə çempionatının ikinci dövrəsinə martda start veriləcək.

Xəbər 841 dəfə oxundu.