Stolüstü tennisçilərimiz Fransada çempiontatın qalibi oldular
Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında komanda yarışları başa çatıb.

Qızlardan ibarət Azərbaycan komandası I yeri tutaraq çempionatın qalibi olub.Oğlanlardan ibarət komandamız isə II yerə layiq görülüb.

Qeyd edək ki, qızlar arasında şəxsi yarışlarda da Azərbaycan tennisçisi qızıl medal qazanmışdı.

Xəbər 1071 dəfə oxundu.