Formula-1 Azərbaycan Qran-prisinə media nümayəndələrinin qeydiyyatı başlayıb
Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 20-də start verilib.

Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilir. Həmçinin mətbuat nümayəndələrinə xüsusi media bələdçiləri paylanılıb.

Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.

Xəbər 726 dəfə oxundu.