FİDE və AGON 4 illik təqvimi açıqladılar
FİDE AGON şirkəti ilə növbəti 4 il üçün əsas yarışlarının təqvimini hazırlayıb. İdman.com.az saytının məlumatına görə, bu il mayın 10-30-da Moskvada (Rusiya) dünya çempionu adı uğrunda matç, 27 avqust – 10 sentyabrda İstanbulda (Türkiyə) Ümumdünya Şahmat Olimpiadası, sentyabrın 19-dan oktyabrın 3-dək Çelyabinskdə (Rusiya) FİDE qran-prisi, oktyabrın 24-dən noyabrın 12-dək Londonda (İngiltərə) namizədlərin turniri, noyabrın 21-dən dekabrın 4-dək Daşkənddə (Özbəkistan) FİDE qran-prisi keçiriləcək.

2013-cü ildə aprelin 10-24-də Lissabonda (Portuqaliya), 22 may-4 iyun tarixlərində Madriddə (İspaniya) və 3-17 iyulda Berlində (Almaniya) FİDE qran-priləri, avqustun 10-dan sentyabrın 5-dək Tromsödə (Norveç) dünya kuboku, 18 sentyabr – 2 oktyabr tarixində Parisə (Fransa) yenə də FİDE qran-prisi keçiriləcək. Oktyabr-noyabr aylarına təsadüf edəcək dünya çempionu adı uğrunda matçın məkanı və dəqiq tarixi hələ müəyyənləşməyib.

Növbəti iki il üçün yalnız 2014-cü il olimpiadasının məkanı bəllidir. Yarış 1-14 avqustda Tromsödə (Norveç) keçiriləcək. Digər yarışların isə təşkilatçı şəhərləri hələ müəyyən deyil. Qran-pri yarışları 2014-cü ildə 14-28 may, 2-16 iyul, 10-24 sentyabr, 5-24 noyabr, 2015-ci ildə 13-27 may, 1-15 iyul və 9-23 sentyabr tarixlərində təşkil olunacaq. 2014-cü il 5-24 noyabrda namizədlərin turniri, 2015-ci ilin avqustunda dünya kuboku, 4-25 noyabrda dünya çempionu aı uğrunda matç keçiriləcək.

Xəbər 1286 dəfə oxundu.