Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib
Həndbol üzrə respublika çempionatında növbəti görüşlər keçirilib.

Azsport.az Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, qadınlar arasında baş tutan qarşılaşmalarda “Nur” komandası “Qarabağ”a 29:24, “Azəryol” klubu “Gənclər Birliyi”nə 33:13 hesabı ilə qalib gəlib. Kişilər arasında oynanılan maçlarda isə “Təhsil” komandası “Nəsimi”dən 39:25, “Məhsul” klubu “RİOEUGİM”dan 36:21 hesabı ilə üstün olub.

Xəbər 788 dəfə oxundu.