“Bakı-2017”nin könüllüləri ağır atletika üzrə Azərbaycan birinciliyini izləyiblər
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yarışlarda könüllü qismində iştirak edəcək bir qrup gənc fevralın 18-də Ağır Atletika Akademiyasında olublar.

Onlar burada keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyini izləyiblər.

Könüllülər yarış zalını gəzib, işlərin gedişi ilə maraqlanıb, təlimçilərlə ünsiyyətdə olaraq məlumat toplayıblar. Onlara ağır atletikanın qaydaları, yarışlar zamanı edilməsi gərəkən işlər, təşkilati məsələlər barədə informasiya verilib.

Təcrübəli mütəxəssislər, beynəlxalq dərəcəli hakimlər və veteranlarımız, həmçinin federasiya rəhbərliyi də könüllülərlə görüşüb, öz tövsiyələrini veriblər.

Könüllülər martın 1-4-də keçiriləcək böyüklər arasında Azərbaycan çempionatına da gələcək, bilavasitə fəaliyyətlə məşğul olacaqlar. Bu zaman onlar İslam Həmrəyliyi Oyunlarında keçiriləcək ağır atletika yarışlarının sınağından keçmiş olacaq, yarış ab-havasını hiss etmək, təcrübə toplamaq imkanı əldə edəcəklər.

Xəbər 576 dəfə oxundu.