Azərbaycan hakimləri Litvada beynəlxalq kursları müvəffəqiyyətlə başa vurublar
Litvanın paytaxtı Vilnüsdə 2017-2020-ci il yeni Olimpiya qaydaları əsasında təşkil olunan qadın idman gimnastikası üzrə beynəlxalq kurslarda hakimlərimiz Rza Əliyev üçüncü, Anjella Abdullayeva və Kristina Pravdina isə dördüncü hakimlik kateqoriyasını əldə ediblər.

Kişi idman gimnastikası üzrə hakim Rza Əliyev ötən il Slovakiyanın Bratislava şəhərində keçirilmiş qitələrarası hakimlik kurslarında iştirak edərək, ən yüksək - birinci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını qazanmışdı.

Qeyd edək ki, Rza Əliyev bir Olimpiya dövrü ərzində iki hakimlik dərəcəsi qazanmış yeganə hakimdir.

Xəbər 678 dəfə oxundu.