Həndbol üzrə respublika çempionatında növbəti oyunlar keçirilib
Həndbol üzrə respublika çempionatında növbəti oyunlar keçirilib.

Azərbaycan Həndbol Federasiyasının verdiyi məlumata görə, ikinci yarış günündə üç matç oynanılıb.

Qadınlar arasında keçirilən qarşılaşmalarda “Nur” klubu “Gənclər Birliyi”nə 41:20, “Azəryol” komandası “Qarabağ”a 26:22 hesabı ilə qalib gəlib. Kişilər arasında oyunda isə “Məhsul” “Nəsimi”dən üstün olub - 30:28.

Fevralın 18-də “Qarabağ”–“Nur”, “Azəryol”–“Gənclər Birliyi”, “Nəsimi”-“Təhsil”, “Məhsul”–RİOEUGİM qarşılaşmaları oynanılacaq.

Xəbər 1137 dəfə oxundu.