“Qarabağ” və “Pələng” reqbi klubları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar
“Məhsul” stadionunda reqbi üzrə “Qarabağ” və “Pələng” klubları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar.

Matçlar 14 yaşadək reqbiçilərdən ibarət komandalarla yanaşı, “Qarabağ”ın 2002-ci il təvəllüdlü oyunçuları ilə qonaq klubun 2001-ci il təvəllüdlü idmançıları arasında keçirilib.

“Qarabağ”ın kiçik yaş qrupunun üzvləri həmyaşıdlarına 20:10 hesabı ilə qalib gəliblər. Böyüklərin mübarizəsində isə “Pələng” klubu daha güclü olub – 20:10.

Xəbər 556 dəfə oxundu.