Şərur və Kəngərli karateçiləri arasında keçirilən yoldaşlıq görüşünün qalibləri məlum olub | |
Şərur Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında muxtar respublikanın Şərur və Kəngərli rayonunun yeniyetmə qız və oğlanlarından ibarət komandaları arasında karate-do üzrə yoldaşlıq görüşünün qalibləri məlum olub. Şərur və Kəngərli rayon Gənclər və İdman idarələrinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 60 yeniyetmə idmançı qüvvəsini sınayıb. Oğlanların mübarizəsində 6-7 yaş qrupunda Həbib Əhmədov, 8-9 yaş qrupunda Hüseyn Vəliyev, 10-11 yaş qrupunda Məhəmməd Şıxəliyev, 12-13 yaş qrupunda isə Möhsüm Möhsümov I yerlərə layiq görülüblər. Qızların mübarizəsində 10-11 yaş qrupunda Aminə Nağızadə I yeri, İnci Mehdiyeva II yeri, Şəkər Əhmədova və Ayşən Yusifova isə III yeri tutublar. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub. |
|
Xəbər 595 dəfə oxundu. |
|
|