Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirdə qızıl medal qazanıb
Fransanın Metz şəhərində gənclər arasında stolüstü tennis üzrə “Fransa Open” beynəlxalq turnirində şəxsi yarışlar başa çatıb.

27 ölkədən 205 idmançının iştirak etdiyi turnirdə Azərbaycan tennisçisi finalda yaponiyalı idmançı ilə qarşılaşıb. Görüşdə qalib gələn tennisçimiz qızıl medal qazanıb.

Çempionat komanda yarışları ilə davam edir.

Xəbər 1172 dəfə oxundu.