Cari mövsüm Çempionlar Liqasının “Dördlər finalı”na İtaliya ev sahibliyi edəcək
Qadın voleybol komandaları arasında Çempionlar Liqasının “Dördlər finalı”nı keçirəcək ölkə müəyyənləşib.

həlledici mərhələnin oyunları İtaliyada təşkil olunacaq.

Bu dəfə “Dördlər finalı”nın təşkilatçılığını Bakının “Telekom” klubu ilə “A” qrupunda yer alan “Konegliano” öz üzərinə götürüb. Aprelin 22-23-də keçiriləcək matçlar Trevizo şəhərində oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın iki klubu - “Azərreyl” və “Telekom” mübarizə aparır. “Telekom”dan fərqli olaraq, “Azərreyl” növbəti mərhələyə adlamaq şansını davam etdirir.


Xəbər 566 dəfə oxundu.