“Neftçi İdman Klubu”nun qılıncoynadanları ölkə birinciliyində beş medal qazanıblar
Qılıncoynatma üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi sona yetib. Qılıncoynatma Federasiyasının zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində bacarıqlarını nümayiş etdiriblər.

“Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə mübarizə aparıblar.

Klubun sablyaçıları 2-si gümüş və 3-ü bürünc olmaqla yarışın 5 medalına yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüblər.

Xanım sablyaçıların yarışında Ayla Muradzadə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman Əhmədova isə ölkə birinciliyini üçüncü yerdə başa vurublar.

Xəbər 1375 dəfə oxundu.