Astarada voleybol üzrə rayon birinciliyinin qalibləri məlum olub
Astara şəhərindəki şəhid Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol üzrə rayon birinciliyinin qalibləri məlum olub.

Üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, Suparıbağ kənd, Astara şəhər 2 və 3 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.

Qaliblərə diplomlar və hədiyyələr verilib.

Xəbər 550 dəfə oxundu.