Azərbaycan şahmatçısı Firdovsi Kuboku yarışlarının liderləri arasındadır
İranın Məşhəd şəhərində şahmat üzrə VII Firdovsi Kuboku yarışlarının 3-cü turunun oyunları keçirilib.

Beynəlxalq yarışda 18 ölkədən 324 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Yarışda Azərbaycanı beynəlxalq dərəcəli şahmat ustası Loğman Quliyev təmsil edir.

Üç turdan sonra hərəyə 3 xal toplayan 32 oyunçu, o cümlədən Loğman Quliyev liderlik edirlər. Azərbaycan şahmatçısı növbə ilə yerli şahmatçılar Reza Abdollahisaber, Mehdi Binai Tavallayei və Hivi Şahroh üzərində qələbə qazanıb.

Xəbər 645 dəfə oxundu.