Cüdoçularımızın növbəti dayanacağı Romadır
Cüdo üzrə Azərbaycan yığması fevralın 18-19-da Romada Avropa Kuboku yarışlarında iştirak edəcək.

İtaliyaya Oruc Vəlizadə, Mehman Sadiqov, Sahib Əsgərov (hər üçü 60 kiloqram çəki dərəcəsi), İlqar Muşkiyev, Telman Vəliyev, Emil Həsənov, İlkin Babazadə (hamısı 66 kq), Elvin Mustafayev, Zülfüqar Quliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Ziya Namazov (hər üçü 81 kq), Abdulhaqq Rəsullu, Tural Səfquliyev (hər ikisi 90 kq), Kənan Abdullaxanlı və Sənan Əhmədov (hər ikisi 100 kq) yola düşəcəklər.

Yarışa 37 ölkədən 275 idmançı qatılacaq.

Xəbər 636 dəfə oxundu.