“Azerreyl” Super Liqada onuncu qələbəsini qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti oyunları keçirilib.

Super Liqanın lideri “Telekom” komandası “Lokomativ”i 3:0 hesabı ilə məğlub edib.

Çempionatın daha bir maraqlı oyunu isə “Azərreyl” ilə “Azəryol” voleybolçuları arasında olub. Görüşdə “Azərreyl” hər üç setdə qalib gələrək Super Liqada onuncu qələbəsini qazanıb.

Hazırda Super Liqaya 29 xalla “Telekom” başçılıq edir. Xallarının sayını 23-ə çatdıran “Azərreyl” ikinci sıradakı yerini möhkəmləndirib. “Azəryol” isə 16 xalla üçüncü yerdə qərarlaşıb.

Xəbər 1032 dəfə oxundu.