AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur
İsveçrənin SGS şirkəti 2016-cı ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Şirkət tərəfindən AFFA-ya təbrik məktubu ünvanlanıb.

Məktubda bildirilir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur. Lisenziyalaşdırma qrupu 2017-2018-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Xəbər 665 dəfə oxundu.