AFFA-nın növbəti hesabat konfransı olacaq
Martın 16-da AFFA-nın növbəti hesabat konfransı olacaq.

Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, konfransın gündəliyinə prezident tərəfindən çıxış, yığıncağın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı, maliyyə hesabatının təsdiqi, müstəqil auditorun və AFFA-nın yoxlama və təftiş komitəsinin hesabatını nəzərə alması, növbəti ilin büdcəsinin təsdiqi, AFFA prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbulu və digər məsələlər daxil edilib.

Xəbər 689 dəfə oxundu.