Ciu-citsu üzrə respublika birinciliyi keçirilib
Ciu-citsu üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında respublika birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda Bakıdan və bölgələrdən 150-dən artıq idmançı iştirak edib.

Yarışın açılış mərasimində Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov, Braziliya ciu-citsusu üzrə vitse-prezident Azər Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıblar.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri Gənclər və İdman Nazirliyinin diplomları və medallarla təltif ediliblər.

Xəbər 1923 dəfə oxundu.