Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotları nümayiş olunur
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün ictimaiyyətə Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotlarını təqdim edir.

Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının maskotları olaraq cəmiyyətə nümayiş olunur.

İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar.

“İncə”, zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti ilə diqqət cəlb edir. “İncə” özündə millilik və müasirliyi məharətlə cəmləyir.

Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadır.

Bu gündən etibarən IV İslam Həmrəyliyi Oyunlarının maskotları olacaq “İncə” və “Cəsur” oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarımızda əsl idman bayramı əhval ruhiyyəsi yaradacaqlar.

Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.



-SON-

Redaktorlara qeydlər:

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 24 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.

Microplus, məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi provayderi kimi müqvilə imzalayaraq, Oyunların Rəsmi Tərəfdaşı oldu. Bu müqavilə çərçivəsində Microplus Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bütün 20 idman növü üzrə rəsmi nəticələri, vaxtın dəqiqləşdirilməsi, xalın verilməsi üçün avadanlığı təmin edəcək.

iTicket.az, elektron bilet alma xidməti Oyunların Rəsmi Dəstəkləyicisi olmaq üçün müqavilə imzalamışdır.

BP Bakı 2017 Oyunlarının rəsmi neft və qaz tərəfdaşı olaraq. Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək göstərir.

Azeri Retail MMC-yə məxsus Fresco supermarketlər şəbəkəsinin Bakı 2017 Oyunlarının rəsmi dəstəkcisi oldu. Bu müqavilə çərçivəsində, Oyunlarının Rəsmi Pərakəndə Satış Operatoru olacaq.

Xəbər 566 dəfə oxundu.