Boksçularımız Gürcüstan çempionatında mübarizə aparacaqlar
Gürcüstanda fevralın 15-dən 19-dək gənclər arasında boks üzrə ölkə çempionatı keçiriləcək.

Boks üzrə Gürcüstan Milli Federasiyasının təşkil etdiyi çempionatda bu ölkənin vətəndaşı olan yeddi azərbaycanlı gənc mübarizə aparacaq.

Yarışda azərbaycanlılarla yanaşı, gürcü və digər millətlərin nümayəndələri də güclərini sınayacaqlar.

Çempionat azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərindəki “Ata Holdinq” salonunda təşkil olunacaq.


Xəbər 756 dəfə oxundu.