“İnter” səfərdə “AZAL”ı minimal hesabla məğlub edib
Fevralın 13-də Topaz Premyer Liqasının 18-ci turunda “AZAL” komandası doğma meydanda paytaxtın digər təmsilçisi “İnter” ilə qarşılaşıb.

“AZAL Arena”da keçirilən matçda qonaqlar minimal hesabla qalib gəliblər. Oyunda yeganə qolu 84-cü dəqiqədə “İnter”in futbolçusu Nizami Hacıyev vurub.

On səkkiz turdan sonra aktivində 8 xal olan “AZAL” turnir cədvəlinin sonuncu pilləsindədir. Xallarının sayını 32-yə çatdıran “İnter” isə üçüncü sıradakı mövqeyini möhkəmləndirib.

Xəbər 668 dəfə oxundu.