Formula-1 Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı yeni aksiyaya start verilib
Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bilet satışı ilə bağlı yeni aksiyaya start verib.

Fevralın 13-dən bu ayın sonunadək davam edəcək aksiyada bir bilet alana ikinci bilet 50 faiz endirimlə təklif olunacaq.

Yalnız bir gün – fevralın 14-də (“Sevgililər günü”ndə) Formula-1 Azərbaycan Qran-prisinə 2 bilet alan hər 14-cü azarkeş BŞH tərəfində hədiyyələr əldə edəcək. Hədiyyələrə yarış zamanı dördulduzlu oteldə gecələmə, Formula-1 yarışına pulsuz bilet və ya şam yeməyi üçün ikinəfərlik kupon daxildir.

Xəbər 821 dəfə oxundu.